Şəbnəm Tovuzlunun keçmiş baldızı: Bizə gəlin gələndən yatırdı - VİDEO

01:27 29-09-2019 653

Biz onu evimizə dəvət etsək də, o, bundan imtina edir.

HerGun.Az xəbər verir ki, bu sözləri “Xəzər TV”də yayımlanan “Ay Zaur” verlişində qonaq olan müğənni Şəbnəm Tovuzlunun keçmiş həyat yoldaşının bacısı Arzu xanım deyib.

Şəbnəmin keçmiş baldızı ifaçı haqqında maraqlı açıqlamar verib.

“19 yaşı olanda Şəbnəmi qardaşım görüb bəyənib, evlənmişdi. Əvvəllər mağazada işləyirdi. Sonradan qardaşım qoymadı işləməyə. O, oxumağa başlayanda qısqanclıqlar da başladı. Onlar yola gedə bilmədilər, nəticədə ayrıldılar. Biz onu evimizə dəvət etsək də, gəlmir. Mənim bir qızım da var, o qəza nəticəsində ağır zədə alıb, xəstələnib. Şəbnəm qızıma çox kömək olur. Dərmanlarını alır, dayaq və dəstəyini əsirgəmir”, - deyə Arzu xanım bildirib.

Bununla yanaşı, müxbirin “Şəbnəm Tovuzlu necə bir gəlin olub?” sualına Arzu xanım bu cür şərh verib: “Çox gözəl gəlin olub. Bizim evdə hamı yuxudan gec dururdu deyə o da bizə gəlin gələndən yatırdı”

Rəşad Əliyev