Beş deputat Strasburqa gedir

02:27 29-09-2019 474

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞ PA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən HerGun.Az-a verilən məlumatda bildirilib. 

Nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, Terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya ilə post monitorinq dialoqu, Moldovada demokratik institutlar, Yəhudi mədəni irsinin qorunub saxlanması və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək.

Aqşin Kərimov