“Yuventus”un yeni baş məşqçisi: Gündə üç qutu siqaret çəkirəm

17:18 27-06-2019 777

“Hər gün üç qutu siqaret çəkirəm”.

RBK xəbər verir ki, bunu “Yuventus” klubunun yeni baş məşqçisi Mauritsio Sarri deyib.

İtalyan mütəxəssis etiraf edib ki, gündə üç qutu siqaret, ola bilsin, çoxdur:

“Mən matçların gedişində siqaret çəkmək ehtiyacını hiss etmirəm, lakin oyundan sonra bu, həqiqətən də lazımdır”.

Xatırladaq ki, M.Sarri ötən həftə “Yuventus”a baş məşqçi təyin edilib.