Güləşçilərimiz iki medalla qayıtdılar

13:00 29-09-2019 433

Rusiyanın Vladiqafqaz şəhərində 23 yaşadək güləşçilər arasında Yuri Qusovun xatirə turniri keçirilib. 

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, yarışda ölkəmizi təmsil edən güləşçilərdən ikisi fəxri kürsüyə qalxıb. İslam Bazarqanov (57 kq) qızıl, Abubakr Abakarov (79 kq) isə gümüş medal qazanıb.