Çayxanadan narkotik çıxdı - FOTO

14:00 29-09-2019 517

Tərtər rayonunun Mamırlı kəndində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Oxu.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Əli Həsənovun işlətdiyi çayxanaya və yaşadığı evə keçirdikləri baxış zamanı oradan ümumi çəkisi 1kq 400 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.