Krımın ilk və yeganə prezidenti Moskvada öldü

19:09 29-09-2019 472

Krımın keçmiş prezidenti Yuri Meşkov vəfat edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə onun qızı məlumat yayıb.

Sentyabrda Türkiyədə istirahətdə olarkən insult keçirən və xəstəxanaya yerləşdirilən Meşkov daha sonra Moskvaya köçülürmüşdü.

Son iki mövsümü Moskvaətrafında Krasnoqorske qəsəbəsində xəstəxanada keçirən eks-prezident bu gün günorta saatlarında ölüb.

Mərhumun qızı bildirib ki, onun son vəsiyyəti Krım yarımadasında, həyat yoldaşının yanında dəfn edilmək olub.

Qeyd edək ki, 73 yaşlı Yuri Meşkov 1994-cü ildə Krımın seçki ilə seçilmiş ilk prezidenti olub. O, bu vəzifədə 1995-ci ilə, bu ərazinin Ukraynaya birləşdirilməsinə qədər qalıb. Daha sonra Ali Radanın qərarı ilə müstəqilliyi ləğv edilib muxtariyyət alan ölkəni tərk edən Meşkov Moskvaya köçmüşdü.