İran XİN nümayəndəsindən yəhudilərə təbrik mesajı

23:00 29-09-2019 498

İran Xairici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musəvi yəhudiləri ivrit təqviminə əsasən qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib.

Şəxsi “Twitter” səhifəsindən üç dildə (fars, ingilis və ivrit) təbrik yazan diplomat “Bütün yəhudi vətəndaşlarımızı və müqəddəs Musa peyğəmbərin bütün həqiqi davamçılarını təbrik edirəm”, - deyə bildirib.

Qeyd edək ki, İsraildə qarşıdakı iki gün ivrit təqvimində yeni 5780-ci ilin gəlişi ilə əlaqədar rəsmi bayram günü qeyd olunacaq. Bununla əlaqədar, həftənin çərşənbə gününə qədər bir çox dövlət idarələri, təhsil müəssisələri və ticarət mərkəzləri fəaliyyətini dayandıracaq.

Yəhudi yeni ili Roş-A-Şana hər il ivrit ayı Tişreyin ilk iki günü qeyd edilir. Qriqoryan təqvimi ilə bayram günəri bu il 29 sentyabr - 1 oktyabr tarixlərində olacaq.