Dünyanın ən yaraşıqlı kişisi seçildi - FOTO

00:18 30-09-2019 669

“Mister Global-2019” yarışmasının qalibləri bəlli olub.

2014-cü ildən bəri keçirilən və bu il Tailandda təşkil olunan mərasimdə bu ilin “Mister Global”ı koreyalı, 23 yaşlı Jong Vo Kim seçilib.

Tunisli Hussem Saidinin ikinci olduğu yarışmada ispan Joze Luis Rodriqo və İsveçrəni təmsil edən türk yarışmaçı Mürseli də qaliblər sırasında yer alıb.

60 ölkənin qatıldığı yarışmada iştirakçılar milli geyimləri ilə podiuma çıxıblar.

Qeyd edək ki, “Mister Global” ən yaraşıqlı kişilərin seçildiyi beynəlxalq gözəllik yarışmasıdır.