Türkiyə öz lazer silahını göstərdi – FOTO/VİDEO

01:27 30-09-2019 527

Türk Silahlı Qüvvələri inventarına yeni silah qatıb.

“Sputnik” xəbər verir ki, lazımi sınaqlardan və yoxlamalardan uğurlu çıxan ARMOL lazer silahı bundan sonra Türkiyə ordusunun arsenalında olacaq.

Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank bununla bağlı rəsmi açıqlama verib və yerli mühəndislərin hazırladığı silahın bundan sonra əməliyyatlar zamanı istifadə olunacağını bildirib.