Rusiyanın xüsusi təyinatlıları Norvecin şimalında peyda oldu

04:27 30-09-2019 525

Rusiyalı xüsusi təyinatlılar Norvecin şimalında və Şpitsbergen arxipelaqında müşahidə olunub. Bu barədə NATO-nun kəşfiyyatına istinadən AldriMer nəşri bildirir.

Mənbənin bildirdiyinə görə, Rusiya hərbçiləri infrastruktur obyektlərini və ərazini kəşf ediblər.

Məlumatı və bunu təsdiq edən fotoşəkilləri Norvec tərəfinə həmin ərazidə rəşfiyyat uçuşları həyata keçirən ABŞ təyyarələri veriblər.  

Rusiyalı xüsusi təyinatlıların Norvecə soxulmasını Şimal flotunun bu bölgədə keçirdiyi hərbi təlimləri ilə bağlayırlar.