Tanınmış repçi həbs edildi - Narkotikə görə

17:54 27-06-2019 965

Türkiyə şou dünyasında “Ezhel” ləqəbi ilə tanınan repçi Sercan İpəkçioğlu həbs olunub.

Anadolu” agentliyi məlumat verir ki, S.İpəkçioğlu nakrotik maddələr qəbul etdiyi üçün azadlıqdan məhrum edilib.

Buna rəğmən, repçi ittihamları qəbul etməyib və məsuliyyətdən yayınmaq istəyib.

İstanbul məhkəməsində baş tutan prosesdə hakim Rana Yazlık onun qanında zərərli maddələrin aşkar olunduğunu bildirib. Bundan sonra Ezhel ona qarşı irəli sürülən ittihamları qəbul edib. O, mütəmadi olaraq xaric ölkələrdə olduğunu, yanında olan şəxslərin narkotikdən istifadə etdiyini və həmin maddələrin ona da təsir göstərdiyini etiraf edib.

Məhkəmənin qərarı ilə repçiyə 1 il 8 ay azadlıqdan məhrumetmə cəzası verilib. 

Məhkəmə zalından çıxarkən media nümayəndələri ilə üz-üzə gələn S.İpəkçioğlu deyib:

“Ümid edirəm ki, bütün bunlar tez bir zamanda sona çatar. Mən, sadəcə, mahnı yazmaq istəyirəm”.

Qeyd edək ki, bu, repçinin narkotiklə əlaqədar başına gələn ilk xoşagəlməz hadisə deyil. Bundan əvvəl o, iki dəfə məhkəmə qarşısına çıxıb və bəraət alıb.

Rəşad Əliyev