“Kvartal-95” tezliklə Bakıda olacaq - VİDEO

10:45 30-09-2019 505

Oktyabrın 24-də Bakıda Heydər Əliyev sarayında Ukraynanın məşhur yumor şousu “Kvartal - 95” studiyasının konserti baş tutacaq. Konsertin təşkilatçısı “Global Media Group” mediaholdinqidir. 

Xatırladaq ki, “Kvartal-95” studiyası yumoristik məzmunlu proqramlar hazırlayan Ukrayna şirkətidir. 2003-cü ildə “95 Kvartal” Şən və Hazırcavablar Klubu komandası “Kvartal-95” studiyası şirkətini yaradıblar. Onların həmin vaxt əsas məqsədi orijinal yaradıcı ideyaların reallaşdırılması, öz televiziya layihələrinin və əyləncə şoularının istehsalı və tanıdılması idi.

2006-cı ildə KİV üzrə beynəlxalq reytinq müsabiqəsində “Kvartal-95” studiyasının kollektivi “Televiziyada ən əyləncəli proqram” nominasiyası üzrə Ukraynanın jurnalistika sahəsində ali mükafatı olan “Zolotoye Pero”ya layiq görülüb.

Şirkətin qurucusu və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir.