Tahir Kərimli: Həmsədrlər gəlirlər, vals oynayıb gedirlər

13:54 30-09-2019 462

Milli Məclisin iclasında deputat Tahir Kərimli parlamentdə Qarabağ komitəsinin yaradılmasının vacibliyini qeyd edib. 

HerGun.Az-ın xəbərinə görə, deputat ATƏT-in Minsk Qrupunun həmsədrlərini də tənqid edib. 

O deyib ki, həmsədrlər “rəqs diplomatiyası” ilə məşğuldurlar. 

“Gəlirlər, rəqs edirlər, vals oynayıb gedirlər. Bu mənə toxunur”, - deyə T.Kərimli əlavə edib. 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə Qarabağ komitəsi ilə bağlı təklifə reaksiya verib. 

“Tutaq ki, Qarabağ komitəsi yaradıldı. Deputatların hamısı bu komitəyə üzv olmaq istəyəcək. Kimsə “sən bu komitəyə üzv ol və ya olma” deyə bilməz ki! Bu zaman parlament Dağlıq Qarabağ komitəsi olacaq”. 

Aqşin Kərimov