Bülent Ersoy: Ana olmasam da, analığı hiss etdim - VİDEO

23:00 30-09-2019 929

Uzun müddətdən sonra yenidən kinoteatra gedən Türkiyənin divası Bülent Ersoy, “Annem” filmində göz yaşlarına hakim ola bilməyib.

Danışmaqda çətinliklik çəkən Ersoy, “Ana olmadığım halda filmdəkiləri hiss etdim” deyib. 

HerGun.Az “Uçan Kuş”a istinadən xəbər verir ki, ekran əsərini filmin rejissoru Mustafa Kotan ilə birgə izləyən müğənni sonda kədərini saxlaya bilməyib. 

“Analığı dərk etmək üçün, o hissi yaşamaq lazımdır. Mən ana olmadığım halda belə onu hiss etdim. Övladın səhvlərinə rəğmən, ananın övladına sahib çıxması duyğulandırdı”.

Ekran əsərinin rejissoruna müraciət edərək sözlərinə davam edən Ersoy “Çox gözəl çəkmisən. Xanım aktrisa da ana obrazını çox gözəl canlandırıb”, - deyib.

Ağlamaqdan süni kirpikləri düşən sənətçinin “Yanıma yapışdırıcı da almamışam. Nə biləydim ki, belə olacaq. Mən filmi meymun kimi oturub, seyr edəcəyimi düşünmüşdüm. Belə bir şeylə qarşılaşacağımı zənn etməmişdim. Pulumla ağlamağa gəlmişəm. 50 ildir ki, kinoteatra film izləməyə getməmişəm. İnanın, bilsəydim, gəlməzdim. Analıq çox önəmli, ana çox önəmlidir. O anaların ayaqlarını öpmək lazımdır”, - deyə fikirləri bölüşüb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

DİVA HÜNGÜR HÜNGÜR AĞLADI! “ANNE OLMADIĞIM HALDE ONU HİSSETTİM!” Bülent Ersoy, önceki gün “Annem” filmini izlemek için Acarkent’te bir sinema salonu kapattı. Filmin yönetmeni Mustafa Kotan ile birlikte filmi izleyen Ersoy, gözyaşlarına engel olamadı. Filmden çok etkilendiğini belirten Ersoy, röportaj esnasında da gözyaşlarına engel olamadı. Diva, “Anne olmak lazım tabi onu yaşamak için ama ben anne olmadığım halde onu hissettim. Evladın pişmanlığı o annenin her şeye rağmen sarması. Annelik çok kutsal anneler çok önemli” dedi. @bulentersoy.com.tr @mustafakotan #bülentersoy #bulentersoy #annem #anne #mustafakotan #film #vizyon #sinema #diva

Публикация от UçanKuş TV (@ucankustv)

Rəşad Əliyev