Rusiyada kitabları pasportla satmağa başladılar

03:18 01-10-2019 571

Rusiyada kitab satıçıları və kitabxanaçılar müştərilərdən pasport tələb etmək hüququ qazanıblar.

Bu barədə məlumat hüquqi informasiya üzrə rəsmi internet-portalında yerləşdirilib.

Əgər müştəri “18+” kateqoriyalı kitab əldə etmək istəyirsə o zaman pasport təqddim etmək məcburiyyətində qalacaq.

Həmən qayda kitabxanalara da şamil olunacaq.

Bundan əlavə, yeni qaydalar əsasən, “18+” kateqoriyalı nəşrlər uşaq baxçaları, məktəblər, yaya istirahət mərkəzləri və sanatoriyalardan azı 100 metr aralıda satılmalıdır.