Tom Kruz Kiyev metrosunda film çəkəcək - VİDEO

05:36 01-10-2019 580

Tanınmış Hollivud aktyoru Tom Kruz Ukraynanın paytaxtı Kiyev şəhərinin metrosundan istifadə edib.

Fakty.ua” xəbər verir ki, aktyoru “Qızıl qapılar” metrostansiyasında görüblər.

Tom Kruzu stansiyada mühafizəçilər və deleqasiya müşaiyət edib.

Kinoulduzla foto çəkdirməyə icazə verilməyib. Buna baxmayaraq sərnişinlər bir neçə foto və video çəkməyə nail ola biliblər.

Aktyoru Ukrayna prezidentinin köməkçisi Andrey Yermak müşaiyət edib. Şahidlərin bildirdiyinə görə, qonaqlar çəkiliş üçün yer müəyyənləşdiriblər.