Bakıda kişi cekpot qazanmaq istədi, biletləri oğurladı

13:45 01-10-2019 718

Bakının Xətai rayonunda qeyri-adi oğurluq hadisəsi baş verib. Naməlum şəxs cekpot qazanmaq üçün lotereya biletlərini oğurlayıb.

Xətai Rayon Polis İdarəsindən HerGun.Az-a verilən məlumata görə, 35-ci Polis Bölməsinin əməkdaşları göstərilən ərazidə 40 manat dəyərində lotereya biletləri və kompüterlərin oğurlandığını qeydə alıblar.

Oğurluq sentyabrın 29-na keçən gecə Gəncə prospektindəki 89 nömrəli binada yerləşən “Topaz” futbol totalizatorunun ofisində baş verib. Ofisin sahibi Tapdıq Tağıyevin polisə verdiyi məlumata görə, naməlum şəxslər qapı kilidini sındıraraq otağa daxil olublar.

Faktla bağlı araşdırma aparılır, saxlanılan yoxdur.

Ramella İbrahimxəlilova