Nadirdən Zaura sərt ittiham: “Otxod”ları efirə dəvət edirsən

15:18 01-10-2019 549

Müğənni Nadir Qafarzadə daha bir qalmaqallı açıqlama ilə gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, “Xəzər TV”də yayımlanan “5-də 5” proqramında Nadir Qafarzadə aparıcı Zaur Kamala sərt şəkildə iradını bildirib.

Qafarzadə aparıcının verilişə dəvət etdiyi bəzi səsi olmayan qonaqları tənqid edib.

“Efirə dəyərli sənətkarları dəvət et! Hansı ki onları dinləyəndə xoş olsun! Qulağımdan qan gələn ifaçıları çağırma! Könlümüzü oxşayan nəğmələrini səsləndirən ifaçıları qonaq çağır verilişinə! Belə müğənnilərin qədrini bilmək gərəkdir”.

Zaurun isə bu irada “Deyirlər ki, sən söylədiyin həmin ifaçılar azdırlar” söyləməsi qarşı tərəfi özündən çıxarıb:

“Sən yaxşıları efirinə dəvət elə! “Otxod”ları qonaq çağırırsan. Sən yaxşı ifaçıları verilişinə dəvət et ki, insanlar yaxşı səs eşitsinlər”.

Rəşad Əliyev