Xalq artistinin ən böyük ad günü arzusu hansıdır?

21:27 01-10-2019 640

Bu gün xalq artisti, xanəndə Mənsum İbrahimovun doğum günüdür.

59 yaşı olan xalq artisti ad günü təəssüratlarını Oxu.az-la bölüşüb:  

“Saat 00:00 olan kimi ilk təbriki həyat yoldaşım, övladlarım və nəvələrimdən aldım. Evdə balaca tort kəsdilər. Çalışıram ki, doğum günlərimi ailə arasında qeyd edim. Amma yubileyim olanda sənət dostlarımla qeyd edəcəyəm.

Arif Babayev, Möhlət Müslümov, Rəmiş (Rafiq Hüseynov) daxil olmaqla dünəndən hər kəs məni təbrik edir. Tanıdığım və tanımadığım insanlar sosial şəbəkələrdə paylaşımlar edirlər. Hər birinə təşəkkür edirəm.

Sənət insanı üçün ona diqqət göstərilməsi xoş bir haldır. Bir daha həyatımı yaxşı yaşadığımı və hədər yerə çalışmadığımı anladım. Çünki muğamımıza, sənətimizə çalışdığım qədər xidmət eləmişəm. Düz yolda olduğumu düşünürəm”.

Xalq artisti ən böyük arzusunun doğum gününü Qarabağda qeyd etmək olduğunu bildirib:

“İnsan və sənətkar kimi həyatımdan məmnunam. Amma ən böyük arzum torpaqlarımızın qayıtmasıdır. Tezliklə səsi mənə qazandıran torpağa getmək istəyirəm. Həyatdakı ən böyük arzumdur”.

Sevinc Yasinqızı