Tramp ona qarşı hazırlanan impiçmenti “dövlət çevrilişi” adlandırdı

07:36 02-10-2019 478

ABŞ prezidenti Donald Tramp Konqresdə impiçment prosedurunun işə salınmasını çevriliş adlandırıb.

“RİA Novosti” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Mən günü-gündən daha çox o qənaətə gəlirəm ki, olanlar impiçment deyil, insanlardan hakimiyyəti, onların səslərini, azadlıqlarını, onların ikinci düzəlişini (silah dövriyəsini icazə verən-red), dini, silahlı qüvvələri, sərhəddə divarı və Amerika Birləşmiş Ştatları vətəndaşlarına Allah tərəfrindən verilən hüququ almaq üçün nəzərdə tutulmuş dövlət çevrilişidir", - deyə Tramp bildirib.