Ağ Evdə jurnalistin üstünə siçan düşdü - VİDEO

17:54 02-10-2019 520

Ağ Evdə tavandan “NBC” telekanalının jurnalisti Peter Alexanderin başına siçan düşüb.

Jurnalist mətbuat konfransı üçün nəzərdə tutulan zalda baş verən hadisə haqqında “Twitter”dəki hesabında yazıb.

Life.ru xəbər verir ki, həmkarları isə onun sözlərini foto və videolarla təsdiqləyib.

Müxbirin qucağına düşən gəmirici qaçaraq divardakı qızıdırıcının altında gizlənib.

Jurnalistlər hadisəyə fərqli yanaşıblar. Sözsüz ki, qadınlar tez yerlərindən qalxaraq uzaqlaşıblar. Kişilərin isə bəziləri “siçan ovu”na çıxıb, bəziləri işinə qaldığı yerdən davam ediblər. Jurnalistlərdən biri isə kağıza “kömək edin” yazaraq mətbuat konfransının keçirildiyi zalın qapısına asıb.

Bir neçə ay əvvəl eyni hadisə Filippində də yaşanmışdı. Belə ki, çıxış zamanı prezidentin üstünə böyük tarakan düşmüşdü.