Səsvermə başladı: “Maşın”ı ilk tərk edən kim olacaq? - FOTO

22:36 02-10-2019 982

Xalq artisti Murad Dadaşovun təqdimatında ATV-nin canlı efirində yayımlanan, Azərbaycan teleməkanının ən bahalı və qalmaqallı realiti şousu “Maşın”ın “Maskarad” adlanan 18-ci sürətinin birinci günü baş tutub.

HerGun.Az xəbər verir ki, ölkənin 18 məşhuru bir araya gələrək, dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil ətrafında qızğın mübarizə dolu oyuna start veriblər.

18 iştirakçının səsverməsinin nəticələri açıqlanıb. Onlardan 9 nəfəri aşıq Namiq Fərhadoğlunun səklini ataraq, onu səsverməyə çıxarıblar.

“Mənə səs verin, mən də bu oyundan yaxşı bir insanı çıxardacam. Sizin də lap ürəyinizcə olacaq”, - deyə Namiq tamaşaçılarından ona səs vermələrini istəyib.

Rəşad Əliyev