Dünyanın ən varlı adamı Qaşıqçının anım mərasimində - FOTO

00:45 03-10-2019 910

Camal Qaşıqçının anım mərasimi keçirilib.

“Sözcü” xəbər verir ki, anım mərasimində dünyanın ən varlı adamı Cef Bezos da iştirak edib.

C.Bezos “Amazon” kimi dünyanın ən böyük e-ticarət sisteminin, eləcə də, Qaşıqçının çalışdığı “Vaşinqton Post” qəzetinin də sahibidir.

Onun sərvəti 100 milyard dollara yaxındır.

Başda ABŞ mətbuatı olmaqla dünyanın bir çox yerindən mətbuat nümayəndələrinin iştirak etdiyi mərasimdə Bezos C.Qaşıqçının həyat yoldaş Xədicə Çingizə dəstəkverici çıxış ilə yadda qlıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna gedəndən sonra yoxa çıxıb.

O, boşanma haqqında sənəd almaq üçün konsulluq binasına girib. Onu binanın qarşısında gözləyən sevgilisi bildirib ki, jurnalist binadan çıxmayıb.

Diplomatik missiyanın əməkdaşları isə Qaşıqçının konsulluğu tərk etdiyini bildiriblər.

Türkiyə xüsusi xidmət orqanları konsulluqda 2 dəfə axtarış aparıb. Onların məlumatına görə, Qaşıqçı binada Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən öldürülüb.

Daha sonra onun başı kəsilib, bədəni parçalanıb və xüsusi çamadanda konsulluq binasından çıxarılıb.

Dursun Tağıyeva