Mingəçevirdə polis mayorunu bıçaqladılar

01:00 03-10-2019 1141

Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir şəhər sakini polis mayoru Rəşad Məmmədov  Məzahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Kəsilmiş və deşilmiş xəsarətlər alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.