30 yaşlı kişini ürəyindən bıçaqladılar

02:09 28-06-2019 1053

Abşeron rayonu, Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə,1989-cu il təvəllüdlü Elxan Əliyev tanımadığı şəxslə mübahisə edib. Dava zamanı ona bıçaqla xəsarət yetirilib. 

Ürək nahiyəsindən xəsarət alan yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu