Liviyada rusiyalı muzdlular öldürüldü - VİDEO

05:09 03-10-2019 846

Liviyada avia zərbələr nəticəsində marşal Xəlifə Həftarın tərəfində döyüşən onlarla rusiyalı muzdlu ölüb.

Meduza” xəbər verir, hökümət qüvvələrinin avia zərbələri nəticəsində 35-ə qədər döyüşçünün ölməsi güman edilir.

Muzdluların meyitlərinin artıq Rusiyaya gətirilməsi başlanılıb. Onlar Krasnodar, Sverdlovsk və Murmansk vilayyətlərinin sakinləridir.

Milli barışıq hökümətinin qüvvələri rusiyalı muzdluların hava hücumu zamanı atıb qaçdığı şəxsi əşyalarınə nümayiş etdirib.

Daha əvvəl “Bloomberg” xəbər verib ki, sentyabrın əvvəlində Rusiyadan Liviyaya 100-dən artıq döyüşçü gəlib və onlar Həftar qüvvələrinin Tripoliyə hücumunda işttirak ediblər.