Çində 100 milyon il yaşı olan dinozavr izləri tapılıb
03:00 17-06-2019 868
Çinin Tsyansu vilayətində dörd daşlanmış dinozavr izləri tapılıb.
“RİA Novosti” xəbər verir ki, tapıntı ABŞ-Çin birgə tədqiqat qrupunun birgə işidir.
Qrupun dediyinə görə, izlər Sinyi şəhərində dağda tapılıb və onların yaşı 100 milyon ilə yaxındır.
Hal-hazırda tədqiqatçılar nadir tapıntıları qorumaq üçün yerli hakimiyyət orqanları ilə birlikdə çalışırlar.