Özbəkistan Prezidenti Bakıya gəlir

10:45 03-10-2019 435

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 15-də Türk Şurasının Bakıda keçiriləcək 7-ci Zirvə görüşündə iştirak edəcək.

HerGun.Az-ın xəbərinə görə, bunu Türk Şurasının Baş katibinin müavini Qismət Gözəlov Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin nazirlikləri və qurumları arasında 30-a yaxın saziş imzalanıb. 

Q.Gözəlov əlavə edib ki, Türk Şurasının Bakıda keçiriləcək sammitində kiçik və orta sahibkarlığa dəstək ifadə olunacaq. 

Aqşin Kərimov