Bərdədə su kanalından kişi meyiti tapıldı - FOTO

11:45 03-10-2019 544

Bərdə rayonunda Qarabağ su kanalından kişi meyiti tapılıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində baş verib. 

Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. 

Meyitin Tərtər rayonu Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyevə məxsus olduğu müəyyənləşdirilib.

Meyit sudan çıxarılaraq ekspertizayaya göndərilib. 

Faktla bağlı araşdırma aparılır.