Azərbaycanda müğənni vəfat etdi

12:45 03-10-2019 496

Müğənni Lalə Əliyeva vəfat edib.

HerGun.Az xəbər verir ki, 40 yaşlı ifaçı onkoloji xəstəlikdən əziyyət çəkib.

Lalənin xəstəliyi ilə əlaqədar aparılan müalicə fayda verməyib və o ölüb. Bu barədə ifaçının yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd edək ki, Bakıda anadan olan Lalə Əliyeva şanson janrının mahir ifaçısı olub. O, daha çox el şənliklərində fəaliyyət göstərib.