Peterburqda azərbaycanlı güllələndi

14:00 03-10-2019 613

Peterburq polisi “Hyundai Solaris”in sahibini axtarır. Belə ki, Sankt-Peterburqda mübahisə zamanı sözügedən maşının sürücüsü azərbaycanlı sərnişini güllələyərək gizlənib.

Bu barədə yerli KİV Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbəyinə əsasən məlumat verib.

Polisə oktyabrın 2-si saat 19:44-də Nauki prospekti, 2 nömrəli binanın, 75 nömrəli evin yaxınlığında eşidilən güllə səsi barədə məlumat daxil olub.

Hadisə yerinə gələn asayiş keşikçiləri məlumatı təsdiqləyib. Təcili yardım işçiləri yaralanan 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşını aparıblar. Onun travmatik güllə yarası aldığı bildirilir.

Hadisənin təfərrüatı barədə zərərçəkən məlumat verib. Onun sözlərinə görə, maşında yaranan mübahisədən sonra sürücü ona dörd dəfə atəş açaraq onu atıb və qaçıb.

Polis dörd mərmi, bir metal top götürüb və cinayət işinin açılması üçün tədbirlər görülür.