Aşıq Namiq: Aysun o qədər qışqırdı ki, tərlədim - VİDEO

14:27 03-10-2019 636

Ötən gecə “M Group Production”ın təşkilatçılığı ilə “Maşın” realiti şounun mübarizə dolu ilk oyun günü baş tutub. Şouda avtomobil uğrunda mübarizə pik həddə çatıb. 18 məşhur iştirakçının yarısı aşıq Namiq Fərhadoğlunun şəklini ataraq, onu səsverməyə çıxarıblar.

Şounun gedişatında gizli qalan məqamları verilişin aparıcısı, Xalq artisti Murad Dadaşov efirə yayımladığı süjetlə açıqlayıb.

HerGun.Az xəbər verir ki, efirə gedən videomaterialda Namiqlə müğənni Aysun İsmayılova söz savaşına çıxıblar.

Namiqin Aysuna söz atması gənc müğənninin səbrini daşırıb. 

“Mən 15 yaşımdan anamla dostluq edirəm. Ona görə də dünyagörüşüm yaxşıdır. Sizinlə eyni ağılda olmasaydım, bura dəvət almazdım. Burdayamsa, deməli, hamımız eyni ağıldayıq”.

Bu çıxışdan sonra isə,Namiq “O qədər qışqırdın ki, gör necə tərlədim” deyərək, onu oyundan çıxaracağı mesajını verib. Daha sonra canlı efirdə Aysun Namiqdən üzürxahlıq edib. Efirə çıxan qalmaqallı süjet sosial şəbəkələrə yayılaraq, müzakirə mövzusuna çevrilib. 

Qeyd edək ki, “Maskarad”da Namiq 69.41% səs çoxluğu ilə qalib gələrək, müğənni Kərim Abbasovu şoudan uzaqlaşdırmağa nail olub.

Rəşad Əliyev