“Google”un həmtəsisçisi evləndi - FOTO

15:18 03-10-2019 747

ABŞ-ın məşhur şirkəti “Google”un həmtəsisçisi və milyarder Sergey Brin vəkil “ClearAccessIP”in sahibi Nikole Şanahanla evlənib.

Bu barədə “Page Six” məlumat yayıb.

Toy bu yaxınlarda baş tutub və olduqca sadə bir şəkildə keçib. Cütlük toy məclisinə yalnız yaxın bildirdikləri insanları dəvət edib.

46 yaşlı Sergey və 34 yaşlı Nikolun keçən il dünyaya gələn bir qız övladları var. Bundan əvvəl milyarder “23andMe” biotexnologiya şirkətinin baş direktoru Ann Uojitski ilə evlənib, 2013-cü ildə isə cütlük boşanıblar. 

Rəşad Əliyev