Putin İlham Əliyevlə görüşdə rəqəm səsləndirdi - Bir ildə 2.5 milyard dollar

16:09 03-10-2019 643

Biz uzun müddətdir ki, görüşmürdük. Ancaq görüşlərimizdə, təmaslarımızda fasilə olmasına baxmayaraq, ölkələrimiz arasındakı münasibətlər uğurla inkişaf edir.

Bunu Soçidə Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşdə deyib.

Rusiya lideri bildirib ki, ölkəsi ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2018-ci ildə 2.5 milyard dollar təşkil edib.

“Bu sahədə yaxşı perspektivlərimiz var. İnanıram ki, iriqmiqyaslı layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Hökumətlərarası komissiya bunun üzərində olduqca inamla işləyir”, - deyə V.Putin əlavə edib.

Rusiya dövlət başçısı onu da bildirib ki, digər sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi istiqamətində uğur qazanılacaq.

Aqşin Kərimov