Röya “Maşın”ın iştirakçılarını tənbeh etdi - VİDEO

21:27 03-10-2019 570

Hazırda Türkiyədə olan Əməkdar artist Röya Ayxan “Maşın” realiti-şousunun bəzi iştirakçılarını tənbeh edib.

HerGun.Az xəbər verir ki, Röya şəxsi İnstaqram hesabının hekayə bölümündə şounun görüntülərini televizordan çəkərək, yaxın dostu stilist Elnur Həsənovla bərabər şərh edib.

Röya bildirib ki, şounun iştirakçıları gözəl oyun nümayiş etdirməkdənsə, şəxsi məsələlərini daha çox qabardırlar : “Bütün Azərbaycan xalqı möhtəşəm adamın şousuna baxır, eləcə də biz. İstanbulda yeməyə getdik. Bu saatda evə gəldik. Hər kəsə uğurlar arzu edirəm. Köhnə məsələləri “Maşın” şouda həll etmək doğrudur? Məncə, maşının davası getməlidir. Köhnə söhbətlərin, şəxsi davaların əleyhinəyəm”.

Qeyd edək ki, ötən gecə müğənni Nazim Pişyari ilə aşıq Namiq Fərhadoğlu qruplaşaraq Kərim Abbasovu oyundan kənarlaşdırıb. Nazim oyunda həmkarı Kərim ilə yaşananları keçmiş tarixə bağlayıb. Kərim isə öz növbəsində 12 il əvvəl məclislərin birində Nazimin ona mikrofon vermədiyini, indi bu yolla ondan acıq çıxdığını dilə gətirib. 

Rəşad Əliyev