Vilayət Eyvazovdan yeni - TƏYİNAT

22:18 03-10-2019 409

Bərdə Rayon Polis Şöbəsinə yeni bölmə rəisi təyin edilib.

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə rəis təyin olunub.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyib.