Bu gün Zərdabda və Masazırda qaz olmayacaq

01:54 04-10-2019 542

“Azəriqaz”dan verilən məlumata görə, oktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.

Bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.