Barak və Mişel Obamalardan romantik paylaşım - FOTO

10:00 04-10-2019 619

55 yaşlı Mişel və 58 yaşlı Barak Obama evliliklərinin 27-ci ildönümünü qeyd ediblər. Bu hadisə münasibətilə ABŞ-ın keçmiş prezidenti və ölkənin keçmiş birinci xanımı “Instagram” izləyiciləri ilə şəxsi arxivdəki fotolarını paylaşıb.  

“27 il əvvəl bu oğlan mənə həyat dolu bir macəra vəd etdi... İl dönümümüz mübarək, Barak...”, - Mişel ərini sosial şəbəkədə təbrik edib. 

Barak Obama isə öz növbəsində “Instagram” hesabında həyat yoldaşı ilə romantik bir şəkil paylaşaraq “The Beatles” qrupundan sitat gətirib: 

“The Beatles” deyir ki, getdikcə daha da yaxşı olur. 27 heyrətamiz il üçün təşəkkür edirəm, sevgilim”.

Barak Obama səkkiz il ABŞ-ın prezidenti olub. Dövlət başçısı vəzifəsindən gedərək uzun tətilə çıxıb. Bu yaxınlarda isə məşhur cütlüyün başı kitab yazmağa qarışıb, həmçinin, onlar “Netflix”lə film və televiziya şouları hazırlamaq üçün müqavilələrə imza atıblar.

Rəşad Əliyev