Dövlət Komitəsində yeni müavinlər

11:45 28-06-2019 895

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində yeni təyinatlar olub.

Belə ki, Komitənin Aparat rəhbəri Anar Adil oğlu Quliyev qurum sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatov isə sədr müavini vəzifələrinə təyin edilib.

Hər iki təyinat barədə sərəncamları Prezident İlham Əliyev iyunun 19-da imzalayıb.