Paşinyanın “nöqtəsinə” Əliyevin “nida”sı - Ermənilərə konkret cavab

14:27 04-10-2019 463

Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında son dövrlərdə bir neçə körpü arasında vurnuxan, küçə demokratı Nikol Paşinyanın “nöqtəsinə” çox ağıllı, düşünülmüş “nida” cavabı nəinki ermənilərə, eyni zamanda onların himayədarlarına da konkret cavabı oldu”.

HerGun.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, hər bir azərbaycanlı bu cavabı gözləyirdi.

“İndi belə bir tarixi bəyanatdan sonra, xalqımız öz liderinə daha da çox güc verməli, onun ətrafında daha sıx birləşməlidir. Dünya real şəkildə xalqın vəhdətini hiss etməlidir. Qarabağ düyünün açılışı bu birlikdən asılıdır”, - deyə N.Məhəməliyev əlavə edib.

Qeyd edək ki, oktyabrın 3-də Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Dövlət başçısı İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi dörd qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb.

Prezident Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - Azərbaycandır və nida işarəsi”.

Aqşin Kərimov