“Annabelin lənəti 3” premyeradan iki gün öncə “CinemaPlus”da - VİDEO

12:09 28-06-2019 858

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında rəsmi premyerasından iki gün öncə “Dolby Atmos” formatında “Annabelin lənəti 3” filminin nümayişi keçirilib.

Bu bizim dünyaya axirət dünyasının pis qüvvələrini gətirən, lənətlənmiş kukla haqqında qorxu filminin yeni hissəsidir. Kinoteatrın xüsusi tutqun dekoru qonaqları qorxudub və eyni zamanda çox cəlb edirdi. Həmçinin, kinoteatrda musiqi, furşet, alkoqollu və alkoqolsuz içkilər təşkil olunub.

Qorxu filminin rejissoru Hari Dobermandır.

Filmdə Vera Farmiqa, Makkenna Qreys, Patrik Uilson, Emili Brobst, Medison İsman və başqaları çəkilib.

Qısaca film haqqında: Annabeli gələcək dağıntılar və xaos yaratmaqdan saxlamaq üçün demonoloq Ed və Lorreyn Uorrenlər şeytan kuklanı öz evində artefakt olan bağlı otağa gətirirlər. Burada onu keşişin xeyir-duası ilə “etibarlı” işıqlandırılmış şüşəyə salırlar. Lakin Annabel otağın zalım cinlərini oyadandan sonra ev sakinlərini zülmətli dəhşət gecəsi gözləyir. Cinlərin yeni hədəfi Uorrenlərin on yaşlı qızı Cudi və onun dostları olur.

Tədbirin təşklində dəstək göstəriblər: “Portal Games”, “Taksim kebap” restoranı, “Ganja Sharab”, “Banketnaya” arağı, “Kronenburq 1664 Blanc” pivəsi və “Şeh Su”.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sizi sevindirməyə hazırdır.