Azərbaycanda dəhşət: qəzəblənən qayınata maşınla gəlininin üstündən keçdi

17:36 04-10-2019 453

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Report xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib. 

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub. Ağır bədən xəsarətləri alan gənc qadınxəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir. 

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.