Göygöldə evdən meyit tapıldı

21:09 04-10-2019 565

Göygöl rayonun Firuzabat qəsəbəsində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.

HerGun.Az xəbər verir ki, 65 yaşlı Sabir Cəfərlinin meyiti yaşadığı evdə tapılıb.

Onun bir neçə gün öncə öldüyü güman edilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və meyit tibbi ekspertizaya aparılıb.

Faktla bağlı prokurorluqda araşdırma başlanılıb.