Pirallahıda oğul atasını döydü

23:18 04-10-2019 489

Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, Cilov adasında Mahmudov Namiq Aydın oğlu ailə münaqişəsi zəminində atası, 1973-cü il təvəllüdlü Mahmudov Aydın Məmmədağa oğlunu döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Mahmudova qapalı kəllə-beyin travması, sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu