Boşanmış qohumunun cehizlərini götürməyə getdi, döyüldü

23:54 04-10-2019 376

Bakının Sabunçu rayonunda döyülmə faktı qeydə alınıb.

HerGun.Az xəbər verir ki, Maştağa qəsəbəsində boşanan ər-arvadın qohumları arasında mübahisə yaranıb. 

Belə ki, 1990-cı il təvəllüdlü Mustafayev Nəbi Cumali oğlu həyat yoldaşından boşanmış qadının ər evinə gedərək orada olan əşyalarını götürmək istəyib. Bu zaman o, döyülərək xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu