“Maşın”da yenə dava düşdü: Aqşinlə Nazim söz savaşına çıxdılar

00:00 05-10-2019 668

“Maşın” şouda meyxanaçı Aqşin Fatehlə müğənni Faytonçu Nazim arasında qalmaqal yaşanıb.

HerGun.Az xəbər verir ki, oyunun gedişatında Aqşinlə Nazimin sözləri çəp gəlib.

Bir birini eşitmək istəməyən tərəflər səslərini ucaldaraq söz savaşına çıxıblar.

“Sən mənimlə bu cür danışa bilməzsən. Qışqırma üstümə”, - deyən Faytonçu Nazim əsəblərinə hakim ola bilməyib.

Aqşinin isə “Qışqıraram, belə oyana da keçərəm” deməsi ikilinin əsəblərini tarıma çəkib.

Qeyd edək ki, “Maşın”ın dördüncü günündə iki məşhur oyundan ayrılaraq evə yollanıb.

Repçi Qurd şounun qaydalarını pozub, Xalq artisti Bilal Əliyev isə atasının istəyi ilə əlini avtomobildən götürərək oyundan çıxıb.

Rəşad Əliyev