Nəsimidə və Yasamalda iki nəfəri döyüblər

01:45 05-10-2019 376

Bakıda iki döyülmə faktı qeydə alınıb.

HerGun.Az xəbər verir ki, bunlardan biri Nəsimi rayonunda baş verib.

Rayon üzrə Su-kanal idarəsinin əməkdaşı iş zamanı naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Digər hadisə isə Yasamal rayonunda olub.

A.Ağayev küçəsində 1995-ci il təvəllüdlü Bəşirzadə İbrahim Namiq oğlu tanımadığı şəxs tərəfindən döyülərək xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu