Şəkidə 34 yaşlı qadın özünü bıçaqladı

09:00 05-10-2019 445

Şəkidə yıxılan qadın bıçaq yarası alıb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Qurucana küçəsi ev 25-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Gülşən Yusubova ehtiyatsızlıqdan yıxılıb və əlində olan bıçaq bədəninə batıb. 

G.Yusubova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qabırğaaltının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, hazırda yaralı əməliyyata götürülüb. 

Fakt araşdırılır.