Ofelya Sənani infarkt keçirdi: vəziyyəti ağırdır

11:54 05-10-2019 428

Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

HerGun.Az xəbər verir ki, Xalq artisti təcili olaraq Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

O.Sənaniyə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub. 

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, hazırda vəziyyəti çox ağırdır. Həkim nəzarətində saxlanılır.

Könül Cəfərli