İsgəndər Həmidov jurnalistlərə 15 manat verir- mətbuat konfransına gəlmələri üçün

18:26 05-10-2019 498

Bir neçə ay bundan öncə səhhətində yaranan problemlərlə bağlı AXH İdarə Heyətində fəaliyyətini müvəqqəti dayandıran İsgəndər Həmidov siyasi gündəmə qayıdıb . Belə ki, AzTimes.az-a daxil olan məlumata görə İsgəndər Həmidov 5 oktyabr saat 12:00-da ALDP-nin ofisində  yenidən  siyasi gündəmə qayıtması ilə bağlı mətbuat konfransı keçirəcəyini bəyan edib. Xəbər dünən gecə saat 00:00 radələrində tələsik bir neçə nəfərin vasitəsilə tanınmış jurnalist , eləcə də çoxtirajlı kanalların əməkdaşlarına  çatdırılıb. Maraqlı burasıdır ki, mətbuat konkransına dəvət edilən KİV nümayəndələrinin hər birinə 15 AZN paylanacağı bildirilib. Bu haqda jurnalistlərə İsgəndər Həmidovun yaxını olan KİV nümayəndəsi xəbər verib. Xatırladaq ki, AXH 2019-cu ilin yanvar ayında yaradılıb, həmin ilin aprel ayında isə bir neçə qanada parçalanıb. İsgəndər Həmidov həmin qanadlardan birnin rəhbəridir. Qeyd edək ki, İsgəndər Həmidov bu günlərdə Türkiyə Respublikasında cərrahi əməliyyat keçirib. Onun xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı GAP sədri Ağasif Şakiroğlu ictimaiyyətə məlumat verib.

 

Pərvin Abışova /AzTimes.az/